Zəlzələ zamanı qaz cihazlarına qarşı hansı tədbirləri görməliyik? - "Əgər, həmin kranlar bağlanmasa..."

Zəlzələ zamanı qaz cihazlarına qarşı hansı tədbirləri görməliyik? -

Təbii fəlakətlər hər an hər yerdə ola bilər. Zəlzələ də, ölkəmizdə hər an baş verə biləcək təbii fəlakətlərdən biridir. Psixoloji cəhətdən bu kimi hallara hazır olmaq lazımdır. İnsanların bir çoxu təbii fəlakət zamanı qaz cihazları ilə necə davranacağını bilmir.

 

Bəs zəlzələ anında qaz cihazlarına qarşı hansı tədbirlər görülməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan enerji məsələləri üzrə ekspert Emin Axundzadə bildirib ki, zəlzələ zamanı evdə olan qaz kəmərlərinin zədə alması mümkündür.

 

"Məhz bu baxımdan qaz cihazlarına və qaz kəmərlərinə qarşı xüsusi tədbirlər görülməlidir. Zəlzələ baş verən zaman, əsasən, olduğumuz məkanı tərk etməyə çalışırıq. Evi tərk etməzdən öncə evdə qazla işləyən bütün cihazları söndürmək lazımdır. Mənzilin girişində yerləşən qaz kranlarını da mütləq bağlamalıyıq. Əgər, həmin kranlar bağlanmasa, zəlzələ anı olan fəsadlardan sonra qaz sızması baş verə bilər”.

 

Ekspert qeyd edib ki, zəlzələdən sonra həmin cihazları işə salarkən qaz iyinin olub-olmamasını yoxlamaq lazımdır.

 

“Bütün qapı-pəncərələri açıb, otağını havasını da dəyişmək vacib faktorlardan biridir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...