Ukraynalılar üçün Avropa yolu açılır

Ukraynalılar üçün Avropa yolu açılır

Avropa İttifaqı ölkələri Ukraynaya vizasız rejimin tətbiq edilməsinə dair ilkin razılıq verib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, vizasız rejim hələlik ukraynalıların Şengen zonası ölkələrinə qısamüddətli səfərlərinə (90 sutka) şamil ediləcək.

Eyni zamanda qeyd olunur ki, Ukrayna ilə vizasız rejim haqqında sazişin icrası bu rejimin dayandırılması mexanizminin təkmilləşdirilməsindən sonra mümkün olacaq.

"Noyabrın 24-də keçiriləcək Avropa İttifaqı - Ukrayna sammiti ərəfəsində bu cür müsbət qərarın qəbul edilməsindən çox məmnunam”, - deyə daimi nümayəndələr komitəsinin sədri Piter Yavorçik bildirib. 


OXŞAR XƏBƏRLƏR