“Qarabağ”da iki itki

İdman
18:20 / 27.01.2024
6796
“Qarabağ” Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün “Kəpəz”ə qarşı keçirdiyi matçda (2:1) iki oyunçusunu itirib.
Sfera.az xəbər verir ki, qarşılaşmanın 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana çıxan Yasin Benzia 8 dəqiqə sonra zədələnərək görüşü davam etdirə bilməyib.
O, rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb. Ağdam təmsilçisi 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün qarşılaşmanı 10 nəfərlə tamamlamaq məcburiyyətində qalıb. “Qarabağ”ın digər futbolçusu Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib.