“Qarabağ” “Kəpəz”ə, “Zirə” “Sabah”a qarşı

İdman
10:59 / 27.01.2024
10356
Azərbaycan Premyer Liqasında 20-ci tur davam edir.
Sfera.az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.
İlk oyun Qəbələ şəhər stadionunda baş tutacaq. Ötən tur qərb derbisində əzmkar qələbə qazanan “Kəpəz” son çempion “Qarabağ”ı qəbul edəcək. Günün ikinci qarşılaşması isə Zirədə oynanılacaq.
Burada “Zirə” Masazır təmsilçisi “Sabah”la üz-üzə gələcək. Turun digər qarşılaşmaları isə dekabrın 28-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
20-ci tur
27 dekabr
15:00. “Kəpəz” – “Qarabağ”
17:30. “Zirə” – “Sabah”