"Qarabağ" klubu rəsmi himnini təqdim etdi

İdman
21:40 / 26.01.2024
8286
"Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib.
Sfera.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.
Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.
Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.