Küveyt Azərbaycanın dörd rayonuna investisiya qoyub

Küveyt Azərbaycanın dörd rayonuna investisiya qoyub

 

"Küveytli investorlar Azərbaycanda daşınmaz əmlak bazarına maraq göstərirlər”.

Sfera.az xəbər verir ki, bu sözləri Trend-ə müsahibəsində Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman deyib.

Artıq küveytli investorlar Azərbaycan iqtisadiyyatına yatırımlar edirlər. Səfirin sözlərinə görə, bu, kənd təsərrüfatı və turizm sahələrini əhatə edir. İlk investisiya layihələri Qəbələ, İsmayıllı, Quba və Qusarda həyata keçirilməyə başlayıb.

Elxan Qəhrəman əlavə edib ki, Azərbaycanın turizm potensialı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında böyük rol oynayır:

"Küveytlilər turist səfərləri etməyi xoşlayırlar. Azərbaycana gələn küveytlilər daşınmaz əmlak bazarına da maraq göstərirlər. Bundan başqa, onlar Azərbaycanda fermer təsərrüfatlarının yaradılmasında maraqlıdırlar”.

İki ölkənin ticarət əlaqələrindən danışan səfir Küveytin Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etdiyini də vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ilin yanvar-sentyabr aylarında 2,96 milyon dollar təşkil edib.

 


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...