Putinin seçkilərdəki rəqibi 200 min imza topladı

Putinin seçkilərdəki rəqibi 200 min imza topladı

Rusiyalı siyasətçi Boris Nadejdin özünün Telegram kanalında bildirib ki, prezident seçkilərində namizədliyini irəli sürmək üçün Rusiyada 200 minə yaxın imza toplayıb.


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçi qeyd edib ki, səslərdən 105 mini seçilərək Mərkəzi Seçki Komissiyasına təhvil veriləcək. O, xaricdə toplanan imzaların Rusiyaya çatdırılacağını və qərargahı tərəfindən hesablanacağını əlavə edib, həmçinin onun namizədliyini dəstəkləyən hər kəsə təşəkkür edib.

 

Nadejdin RİA Novosti-yə açıqlama verib ki, imzalar yanvarın 31-i saat 10:00-da MSK-ya veriləcək.


Xatırladaq ki, bundan daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Boris Nadejdini prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinə rəqib hesab etmədiklərini bildirib.


Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də baş tutacaq.



Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...