Geyimlərdə niyə daha çox tünd rənglərə üstünlük verilir? - Psixoloqdan AÇIQLAMA

Geyimlərdə niyə daha çox tünd rənglərə üstünlük verilir? - Psixoloqdan AÇIQLAMA

Müşahidələrimizə əsasən, vətəndaşlarımız geyimlərində qara rəngə üstünlük verir. Qış aylarında isə tünd rəngli paltara müraciət edənlərin sayı daha çoxdur. 


Bəs insanlara rəng seçimində psixoloji cəhətdən nələr təsir edir? İnsanlar qara rəngə nəyə əsasən üstünlük verirlər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülər Məmmədova bildirib ki, insanların qara rəngə üstünlük verməsində bir neçə səbəb var:    


“Bəzi insanların xarakterindəki sərtlik, ciddilik və perfeksionistlik onlardan monoton bir rəngdə geyinməyi tələb edir. Bu cür insanlar tünd rənglərə üstünlük verir. Tünd rənglər ciddiliyin rəmzi olduğu üçün insanların qara, boz və qəhvəyi rənglərə daha çox üstünlük verirlər.    


Mövsüm də geyim rənglərinə təsir edir. Qış aylarında paltarların daha gec çirklənməsi üçün tünd rəngli geyimlərdən istifadə edənlər var. 


Bunlardan əlavə, tünd rənglər bədən cizgilərini çox bildirmədiyi və nisbətən insanı daha yığcam göstərdiyi üçün bədəninə qarşı kompleksi olan insanlar da geyimlərində qara rəngə üstlünlük verirlər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...