Elşad Miridən Xalq artistinin dediklərinə REAKSİYA: "Nizaminin ruhu cavabı hansı əlifbanın hərfləri ilə yazıb?"

Elşad Miridən Xalq artistinin dediklərinə REAKSİYA:

Xalq artisti Eldar Quliyevin 1982-ci ildə lentə aldığı “Nizami” filmi üçün dahi şair Nizami Gəncəvinin ruhunu çağırması ilə bağlı dedikləri yenidən gündəm olub.

 

Ümumiyyətlə, “Ruh çağırılması” adlandırılan ritual nə dərəcə realdır? Belə bir şey mümkündürmü?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, bunların hamısı uydurmadır:

 

“İslam dinində “ruh çağırmaq” anlayışı yoxdur. Bəzən bunu spiritualizmlə əlaqələndirməyə çalışırlar, amma orada da belə anlayış yoxdur. Nə Quranda, nə də peyğəmbərlərin həyatında belə bir şey olub.


Digər məsələ isə ondan ibarətdir ki, Nizami Gəncəvinin yaşadığı dövrdə nə Latın, nə də Kiril əlifbası olub. Nizami gələndə hansı əlifbanın hərfləri ilə yazıblar ki, şair başa düşüb, ərəb?”

 

Qeyd edək ki, rus dilli, rasional təfəkkürlü, kifayət qədər praqmatik insan olan Xalq artisti Eldar Quliyev bir neçə yerdə bu hadisə barədə danışıb.

 

Ulduzə Qaraqızının “Azərbaycan kino tarixindən” kitabına əsasən, hadisələr belə cərəyan edib:

 

Rejissor Eldar Quliyev filmdə əsas rolu kimin oynayacağını dəqiqləşdirməkdə çətinlik çəkib.O, yaxın dostu olan müğənni Müslüm Maqomayevi diplomatik jest edərək birtəhər razı salıb. Çünki o zaman Maqomayevi bütün SSRİ tanıyırdı və bütün ittifaq miqyasında filmə böyük maraq yaradacağını bilirdi. Digər tərəfdən isə məşhur aktyor Hamlet Xanızadə də rol üçün sınaqlara dəvət edilib və ifası bəyənilib. O zaman cavan olan rejissor kimi seçəcəyinə qərar verə bilməyib. Bu məqamda filmdə "Qivami Mütərəzzi" obrazını ifa edəcək Xalq artisti Həsən Turabov ona qəribə bir təklif edib: “Biz tərəflərdə ruhçağıran var, bəlkə, ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin”.

 

Rejissorun sözlərinə görə, həmin şəxs falçı, görücü olmayıb. Sözün həqiqi mənasında cəmiyyətin tanıdığı məşhur, ziyalı bir şəxs olub. Heç bir falçılıq işi ilə məşğul olmayıb, sadəcə olaraq ruhlarla dialoqa girirmiş. Elə bu məşhurluğuna görə də Eldar Quliyev onun adını çəkməyib.

 

“Əvvəlcə şamı yandırdı. İri kağız üzərində ox işarələri, müxtəlif şifrlər var idi. Bütün işlər nəlbəki vasitəsilə həyata keçirilirdi. Nəlbəkini şamın üstündə qızdırdı. Sonra onu kağızın üzərindəki qarışıq hərflərin üstünə gətirərək müxtəlif adlar yazdı. Bunların hamısı çox qəribə idi. Biz məqsədimizi deməmişdik. Birdən özü bizə dedi ki, indi Nizaminin ruhunu çağırın”.

 

Rejissorun sözlərinə görə ruhçağıranla Nizaminin "ruh"u arasında uzun söhbət gedib. Hətta özünün ziyalılığı ilə seçilən ruhçağıran Nizamidən nə üçün Azərbaycan dilində şeir yazmadığını soruşub. Nizami isə cavabında bu dildə də şeirlər yazdığını, onların Bərdədə saxlandığını bildirib.

 

Onun haqqında film çəkildiyini bilib bilmədiyi də soruşulub. Nizaminin "ruh"u “hə” deyib. E.Quliyev bildirib ki, daha sonra ona obrazını kim canlandırsın sualı verilib:

 

"Seansı aparan dostumuzun əlləri üstünə hərflər yazılmış kiçik kartlara doğru uzandı, bir-bir kartları topladı və orda Maqomayev sözü yazıldı. Müslüm gülümsədi və filmə çəkilməyə razılıq verdi”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...