ABŞ-nin YENİ NARAHATLIĞI: “Bu ölkələr arasında müharibə ola bilər”

ABŞ-nin YENİ NARAHATLIĞI: “Bu ölkələr arasında müharibə ola bilər”

Şimali Koreya ilə Cənubi Koreya arasında münaqişə ola bilər.

 

Sfera.az bildirir ki, bu barədə “The New York Times” nəşri Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.

 

Amerikalı ekspertlər hesab edirlər ki, Kim Çen In Moskva ilə tərəfdaşlığın möhkəmlənməsinə arxayındır. Bununla yanaşı, hələlik Pxenyanın hərbi əməliyyatlara hazırlaşdığına dair heç bir əlamət qeydə alınmayıb. Vaşinqton həmçinin, Şimali Koreya liderinin son açıqlamalarını təhlil edib. Analitiklərin fikrincə, onlar həmişəkindən daha aqressiv görünürlər və Kim Çen Inın sözləri ciddi qəbul olunmalıdır. Ağ Ev həm də Koreya yarımadasında tammiqyaslı hərbi münaqişənin olmayacağına əmindir.

 

“KXDR dərhal eskalasiyanın qarşısını alacaq zərbələr endirməyə qadirdir”, - nəşr yekunlaşdırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR