“Bizimləsən”in yayımı buna görə DAYANDIRILDI - Aparıcıdan AÇIQLAMA + VİDEO
14:38 / 26.01.2024
7168
ATV-də yayımlanan “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.
Sfera.az xəbər verir ki, verilişin aparıcısı Zaur Baxşəliyev bununa bağlı instaqram hesabında açıqlama verib.
O bildirib ki, səhhətində problem olduğuna görə, verilişin yayımı dayandırılıb. “Dünən özümü yaxşı hiss etmirdim. Təzyiqim çox yüksəlmişdi. Narahat olub zəng edən hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.
Zaur Baxşəliyev qeyd edib ki, “Bizimləsən” verilişi bugün 15:00-da efirdə olacaq.
Ülkər Abdurahmanlı