Moskvanın GÖZLƏNİLMƏYƏN QƏLƏBƏSİ: Qərb hələ də ARAŞDIRIR

“Rusiya Qərbin sanksiyalarından qalib çıxıb”.
Sfera.az bildirir ki, bu barədə Belçikanın “Modern Diplomacy” nəşri yazıb.
Qeyd olunub ki, Moskva öz ehtiyatlarından - qızıl, taxıl, neftdən səmərəli istifadə etmək və digər ölkələrlə diplomatik əlaqələri möhkəmləndirməkdə çeviklik nümayiş etdirib: “Rusiya iqtisadiyyatı çökmək əvəzinə böyüyür. Bunu 2023-cü ilin üçüncü rübündə Ümumi daxili məhsulun (ÜDM) 5,5% artımı da sübut edir. Qərb etiraf etməlidir ki, sanksiyalar gözlənilən effekti vermədi. Paradoksal olsa da, ABŞ və Avropa İttifaqında iqtisadi vəziyyət Rusiyadan daha pisdir”.
Nəşr bildirib ki, sözügedən proses Moskvanın istifadə etdiyi yaradıcı yanaşma ilə bağlıdır: “Rusiya həm də bir sıra məsələlərdə İran, Türkiyə, Çin, Şimali Koreya və Qırğızıstan kimi ölkələrdən kömək istəyib. Moskva hələ də, buğda və almazın ən böyük ixracatçısı olaraq qalır”.
Günay