Kreditlərin çoxu iri sahibkarlara verilir – RƏQƏMLƏR

Kreditlərin çoxu iri sahibkarlara verilir – RƏQƏMLƏR

Azərbaycanda verilən biznes kreditlərinin çoxunu iri sahibkarlar alır. 


Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvarın 1-nə olan məlumata əsasən, biznes kreditlərinin həcmi 12,62 milyard manat olub. 


Biznes kreditlərinin daha çox hissəsi iri sahibkarlara, az hissəsi isə kiçik sahibkarlara verilib. 


Kiçik sahibkarların kredit borcu 1,585 milyard manat olduğu halda iri sahibkarların aldığı kreditlərə görə borc 6,251 milyard manat təşkil edib. 


Qeyd edilən tarixdə mikro sahibkarın kredit borcu 2,63 milyard manat, orta sahibkarların borcu isə 2,15 milyard manat olub. 


Son 6 ay ərzində biznes kreditlərindəki 966 milyon manatlıq artımın çox hissəsindən iri sahibkarlar bəhrələnib. Belə ki, iri sahibkarların kreditləri 944 milyon manat artıb. 


Artım mikro sahibkarların kreditlər borcunda da (423 milyon manat) müşahidə edilib. 


Amma orta və kiçik sahibkarların aldığı kreditlərin həcmi azalıb. Orta sahibkarların borcu 302 milyon manat, kiçik sahibkarların borcu isə 166 milyon manat azalıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...