“Bu uşaqlar gələcəkdə tüfeyli olurlar” - Psixoloq 

“Bu uşaqlar gələcəkdə tüfeyli olurlar” - Psixoloq 

Valideynlərin çoxu övladlarını necə tərbiyə etməli olduqlarını bilmirlər. Onların övladlarına yanaşma tərzi yanlışdır. Məhz bu baxımdan, uşaqların böyüdülməsində yol verilən səhvlər az deyil.

 

Bəs uşaqların böyüdülməsində yol verilən səhvlər hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ülviyyə Kərim bildirib ki, məktəb yaşı dövründə olan uşaqların problemləri daha çoxdur.

 

“Uşaqlara hansısa hərəkəti daima pisləmək yaxşı xüsusiyyət deyil. Çünki, uşaq həmin pislənən hərəkəti etdikdə, valideyninə deməkdən qorxur və gizlədir. Valideynlər övladlarına güclü tərəflərini deyil, üzləşdikləri çətinliklərdən də bəhs etməlidirlər. Belə olduqda uşaqlar da yaşadıqları çətinlikləri valideynlərinə rahatlıqla bəhs edə biləcəklər”.

 

Ülviyyə Kərimin sözlərinə görə, valideynlərin əksəriyyəti övladları ağlayarkən “Sus”, “Bəsdir” kimi ifadələr işlədirlər:

 

"Lakin valideyn övladından ağlamağının səbəbini soruşmalı və birgə həll yolu axtarmağa çalışmalıdır. Əks halda, uşaqlarda üst-üstə yığılan mənfi emosiyalar, zamanla qəzəb böhranlarına və psixi pozğunluqlara səbəb ola bilər. Uşaqlar öz emosiyalarını idarə edə bilmir. Buna görə, ata və ananın köməyinə ehtiyac var. Əgər uşaqlar cəmiyyət içərisində ağlayırsa, onun üzərinə qışqırmaq yerinə sakitləşdirmək lazımdır”.

 

Psixoloq diqqətə çatdırıb ki, valideynlər övladlarına nəzakətli şəkildə yox deməyi öyrətməlidir.

 

“Bu, həmin uşaqların öz maraqlarını qorumasına səbəb olacaq. Uşaqları təhdid etmək düzgün deyil. “Yeməyini yeməsən döyərəm”, “Dərsə getməsən telefon vermərəm” kimi ifadələr onların psixologiyasına mənfi təsir göstərir. Bu tərzdə böyüyən uşaqlar gələcəkdə hər şeyi müəyyən şərt qarşılığında etməyə meyilli olurlar. Uşaqların həyatlarını daim planlı yaşaması, gələcəkdə onların tüfeyli həyat yaşamasına səbəb ola bilər. Çünki onlar uşaq olan zaman istədiklərini edə bilmirlər. Məhz bu baxımdan istəklərini yetkin yaşa çatdıqdan sonra həyata keçirə bilirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...