Əfv məsələsi İşçi Qrupunun geniş iclasında müzakirə olunacaq
Dekabrın 24-də Milli Məclisdə İnsan Hüquqları üzrə birgə İşçi Qrupun geniş tərkibdə iclası keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, iclasda məhbusların əfv edilməsi, qeyri-hökumət təşkilatlarının hazırkı durumu ilə bağlı müzakirələr aparılacaq.
İclasa Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik edəcək.
Qeyd edək ki, İşçi Qrupun tərkibinə Azərbaycanın deputatları, Prezident Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri daxildir.