101 yaşlı azərbaycanlı veteran vəfat etdi - FOTO

Hadisə
13:07 / 26.01.2024
5297
İkinci Dünya müharibəsinin iştirakçısı və veteranı Cəbrayıl Nəhmətov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, C.Nəhmətov ötən gün axşam saatlarında 101 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, C.Nəhmətov 1923-cü ilin mayın 23-də Astara rayonunun Şiyəkəran kəndində anadan olub. O, yaşadığı kəndin qəbiristanlığında dəfn edilib.