ABŞ və Böyük Britaniya husilərin 4 liderinə SANKSİYA TƏTBİQ ETDİ 

ABŞ və Böyük Britaniya husilərin 4 liderinə SANKSİYA TƏTBİQ ETDİ 

ABŞ və Böyük Britaniya Yəməndəki Husi üsyançı hərəkatının dörd liderinə sanksiya tətbiq edib. 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd edilib.

 

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) kommersiya gəmiçiliyinə qarşı terror hücumlarını dəstəklədikləri üçün husilərin əsas rəsmilərinə sanksiya tətbiq edib”, - məlumatda bildirilib.

 

Siyahıya Məhəmməd əl-Atifi, Məhəmməd Fadl Əbd əl-Nabi, Məhəmməd Əli əl-Qadiri və Məhəmməd Əhməd əl-Talibi daxil edilib.

 

Bundan əvvəl Yəmənin "Ənsar Allah" hərəkatı Ədən körfəzində ABŞ-yə məxsus hərbi gəmiyə birbaşa zərbə endirdiyini açıqlayıb. Husilərin sözçüsü Yəhya Saria qeyd edib ki, Yəmən silahlı qüvvələri iki saatdan çox davam edən qarşıdurmalarda çoxlu sayda ballistik raketlərdən istifadə edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...