Əfsanəvi Kobe Brayantın ölümündən 4 il ÖTÜR

İdman
12:38 / 26.01.2024
7445
Basketbol əfsanəsi Kobe Brayantın ölümündən 4 il ötür.
Sfera.az bildirir ki, o, “Los Angeles Lakers” ilə 5 NBA çempionluğu qazanıb, 18 dəfə “all-star” seçilib.
2008-ci ildə müntəzəm mövsümün, 2009 və 2010-cu illərdə final seriyasının ən dəyərli oyunçusu (MVP) mükafatını alıb.
Qeyd edək ki, basketbolçu 2020-ci il yanvarın 26-da 13 yaşlı qızı Gianna ilə birgə helikopter qəzasında həlak olub. Basketbolçunun bu zaman 41 yaşı var idi.
Xatırladaq ki, Kobe keçmiş NBA oyunçusu Co Brayantın oğlu idi.
Fatmə Lətif