Avropa ölkələrinə viza almaq çətinləşəcək? “Ola bilər ki..."

Avropa ölkələrinə viza almaq çətinləşəcək? “Ola bilər ki...

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul etməsi hələ də müzakirə obyektidir. Sözügedən qərarın müəyyən təsirlərinin olacağı bildirilir. Bunlardan biri də viza almaqla bağlıdır.

 

Belə ki, AŞPA ilə əməkdaşlıq dayandırıldıqdan sonra Avropa ölkələrinə viza almağın çətinləşəcəyi istiqamətində fikirlər var. Qeyd olunur ki, səbəb Avropa ilə münasibətlərin pisləşməsidir, bu da, xüsusilə həmin ölkələrdə yaşamaq və işləmək istəyənlər üçün problemlər yaradacaq.

 

AŞPA ilə əməkdaşlığın dayandırılması viza məsələlərinə hansısa formada təsir edə bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, AŞPA ilə münasibətlərin müvəqqəti gərginləşməsinin viza məsələsinə heç bir aidiyyatı yoxdur:

 

“Rusiya və Belarus AŞPA-dan ümumiyyətlə qovulublar. Amma onların vətəndaşları hələ bu gün də bütün gərginliklərə baxmayaraq, viza alırlar. Hətta başqa ölkələrdən belə gəlib viza ala bilirlər. Ona görə də AŞPA ilə əməkdaşlığın dayandırılmasının hər hansı təsirinin olacağını düşünmürəm”.

 

Müsahibimiz xatırladıb ki, Azərbaycan Avropa Birliyi ilə vizaların sadələşdirilməsi istiqamətində danışıqlar aparır: “Ola bilər ki, bu danışıqlarda müəyyən axsamalar olsun. Yəni proses uzana bilər. Amma vizaların verilməsi ilə bağlı hansısa çətinliklər olmayacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...