Bakı sakinindən 3 ədəd qumbara aşkarlandı

Hadisə
11:59 / 26.01.2024
17356
Bakı sakinindən qumbara aşkarlanıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb. Ondan 3 ədəd F-1 qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.