Tanınmış aktyor vəfat etdi - FOTO

Tanınmış aktyor vəfat etdi - FOTO

Türkiyə kinosunda canlandırdığı mənfi obrazlarla tanınan Hikmət Taşdemir 82 yaşında dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi xəbər yayıb.

 

Bildirilir ki, “Yeşilcam”ın “pis adamı” bir müddət müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, 1942-ci ildə Ərzurumda anadan olan Hikmet Taşdemir gənclik illərini fabrik və xəstəxana işçisi kimi keçirib. Onun film karyerası 1971-ci ildə rejissor və ssenarist Yılmaz Güneylə tanış olduqdan sonra başlayıb.

 

Taşdemir karyerası boyunca 100-dən çox filmdə rol alıb. Ancaq onun ən yaddaqalan obrazları “Korkusuz korkak” filmində “qəddar Kərim”, “Umudumuz Şaban” filmində “Mardinli Arif” və “Tatar Ramazan” filmində “Cıbıl Halil” rolları olub. O, sonuncu dəfə “Arka Sokaklar” serialında çəkilib.

 

 


OXŞAR XƏBƏRLƏR

ÜST rəsmisi: COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.   Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı...

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, Abşeron Gə...

"Dünya titrədi, amma Rusiya Trampa fikir vermədi" - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etməklə bağlı so...

Məzuniyyət gecəsi 80-dən çox tələbə zəhərləndi

Yekaterinburqda Ural Dövlət Hüquq Universitetinin (USLU) 80- dən çox tələbəsi Versal banket zalında məzuniyyətlərini qeyd etdikdən sonra salmonella xəstəliyinə ...

Bu 3 bürc gün ərzində sevinəcək - QOROSKOP

Bəzi bürclər iş həyatında parlayacaq, digərləri eşqdə sürprizlərlə üzləşəcək. Kimiləri isə sakitlik və rahatlıq axtaracaq.    Sfera.az günün bür...

XİN-dən paylaşım: “Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!” – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir...