Yüzillər sonra Kristofer Kolumb bəraət qazandı - Tədqiqatçılar bunu sübuta yetirdi

Yüzillər sonra Kristofer Kolumb bəraət qazandı - Tədqiqatçılar bunu sübuta yetirdi

İtalyan kəşfiyyatçısı Kristofer Kolumb tarixən daim Amerikaya müxtəlif xəstəliklər, o cümlədən sifilis gətirməkdə günahlandırılırdı. Yüz illər sonra alimlər nəhayət ki, Kolumba bəraət qazandıra bildilər. Tədqiqatçılar Kolumbun xəstəliklərin yayılması ilə heç bir əlaqəsi olmadığını sübuta yetirib.
 

Sfera.az bildirir ki, yeni araşdırmalar sifilis kimi infeksiyaların Amerikada təxminən 2000 il əvvəl yayıldığını göstərir. Avropada ilk sifilis epidemiyası 15-ci əsrin sonlarında qeydə alınmışdır və buna görə də bir çox aparıcı tarixçilər Kolumbun qitəyə ayaq basdığı ​​zaman epidemiyaya səbəb olduğuna inanırdılar. Bununla belə, Sürix və Bazel Universitetlərindən olan bir qrup tədqiqatçı bu kimi xəstəliklərin əvvəllər də qitədə mövcud olduğunu yeni araşdırma ilə sübuta yetiriblər.


Tədqiqat üçün elm adamları minlərlə il əvvəl Braziliyanın Santa Catarina sahil bölgəsində ölən dörd nəfərin sümükləri üzərində araşdırma aparıblar. Qalıqlarda həmçinin ağız yaralarına və ayaq ağrılarına səbəb olan sifilisə bənzər xəstəliyin əlamətlərini göstərən patogenlər də olub. Alimlər həmçinin DNT analizi aparıblar və təsdiq ediblər ki, treponematoz kimi tanınan qədim sifilisəbənzər xəstəlik, Kolumb qitəyə ayaq basmazdan lap çox əvvəl mövcud olub.


Məlumdur ki, düzgün müalicə edilmədikdə bu xəstəlik mutasiyaya, sümüklərin, qığırdaqların və dərinin deformasiyasına səbəb ola bilər. Bütün bunlar birlikdə çox ağrılı və hətta əlilliyə səbəb ola bilir.
 

Arxeoloqlar Braziliyada dörd nəfərin qalıqlarında sifilisəbənzər xəstəliklərin patogenləri aşkar ediblər.

 

Tədqiqatın həmmüəllifi və Bazel Universitetinin tədqiqatçısı Kerttu Mahanderin sözlərinə görə, tədqiqat bu tip xəstəliyin təkcə cinsi yolla ötürülmədiyini sübut edir. Buna görə də sifilisin mənşəyi hələ də elm adamları üçün sirr olaraq qalır.
 

Qeyd edək ki, tədqiq edilən sümüklər II Habutikabeira arxeoloji sahəsində qazılıb və 2016-cı ildən bəri tədqiq edilir. Ümumilikdə isə alimlər 99 nümunədən 37-ni araşdırıblar.


Sürix Universitetindən tədqiqatın həmmüəllifi Verena Schünemann qeyd edir ki, onların bu araşdırması sifilisin yaranmasına işıq sala bilməsə də, alimlər Kolumbun reputasiyasını bərpa edə biliblər. Bununla da, bu tədqiqat treponematozların heç də Amerika sakinləri üçün yad olmadığını sübut edir.
 

Qeyd edək ki Sifilis - ağız və dəri infeksiyalarına səbəb olan digər infeksiyaları da əhatə edən treponemal xəstəliklər siyahısındakı bir neçə xəstəlikdən yalnız biridir. İndiyə qədər elm adamları bu cür cinsi yolla keçən xəstəliklərin 1492-ci ildə Avropada epidemiyadan əvvəl mövcud olduğuna dair heç bir sübut tapa bilmirdilər.
 

Braziliya patogeni Tam ekran

 

Yeni araşdırmanın nəticələri həmçinin onu göstərir ki, treponemal xəstəliklər, Amerika kəşf edilməzdən əvvəl bütün dünyaya yayılıb. Tədqiqat müəllifləri həmçinin qeyd edirlər ki, onların işi Yer kürəsinin qədim populyasiyalarının necə inkişaf etdiyinə və bu cür problemlərin həllinə işıq sala bilər.


Tədqiqatın müəllifləri həmçinin hesab edirlər ki, onların nəticələri gələcəkdə sifilisin mənşəyini daha da aşkar etməyə kömək göstərə və dünya üzrə bütün treponemlərin yaranma tarixini izah edə bilər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...