“Andes canavarı” - 300-dən çox uşağı qaçırması ilə məşhurdur

“Andes canavarı” - 300-dən çox uşağı qaçırması ilə məşhurdur

Pedro Lopez Kolumbiya, Ekvador və Peruda 300-dən çox uşağı qaçırması ilə məşhurdur. Ən çox qətli törədən silsilə qatil kimi tanınan Lopez, psixi vəziyyətinin qeyri-sabit olduğu səbəbilə qısa müddətə həbs edilib.


Sfera.az 300-dən çox cinayət törətməklə məşhurlaşan “Andes canavarı” haqqında məlumat təqdim edir.
 

Pedro Lopez 1949-cu ildə Kolumbiyada anadan olub. Lopezin kasıb və böyük ailəsi var idi. Atası vəfat etmiş, anası fahişəxanada işləyirdi. Bəzi mənbələrə görə, 8 yaşında olarkən bacısına sataşdığı üçün anası onu evdən qovub.
 

Küçədə yaşamağa başlayıb

 

Küçədə qalanda bir kişi ona kömək edəcəyini deyib və boş əraziyə apararaq, ona təcavüz edib. Lopez oradan qaçdıqdan sonra küçələrdə yaşamağa başlayıb və cinayətə meyli artıb. Polis onu maşın oğurlayarkən həbs edəndə, cəmi 18 yaşı vardı. Həbsdə də o, iki məhbus tərəfindən cinsi istismara məruz qalıb. Bu məhbusları öldürdüyü üçün cəzası üç il artırılıb.

1978-ci ildə həbsdən çıxanda Peruya gedib.


 

O, Peruda yerli Amerika qəbilələrindən qaçırdığı yüzlərlə qıza təcavüz edərək, öldürüb. Bir gün o, Ayaçukos qəbiləsindən olan 9 yaşlı qızı qaçırarkən tutulub. Qəbilə onu diri-diri basdırmaq istəyirdi, lakin amerikalı missioner onun polisə təhvil verilməsi lazım olduğunu bildirib.


Perudakı səlahiyyətlilərə təhvil verilsə də, onu həbs etmək əvəzinə Ekvadora göndərdilər.

 



Ekvadordan Kolumbiyaya gedərək, qətllər törətməyə davam etdi. Övladlarını itirən ailələr qəzetə elan yerləşdirərək öz gücləri ilə övladlarını tapmağa çalışıblar. Lopez Ekvadorda ərzaq mağazasında Carlina Romanın qızını qaçırmağa cəhd edərkən yaxalanıb və polisə təhvil verilib.
Nəzarətə alınan serialı qatil cinayətini etiraf etməyib.


Pastor Kordova adlı detektiv onunla eyni kamerada qalır və özünü məhbus kimi göstərir. O, Lopezin törətdiyi qətlləri ətraflı öyrənib. Lopezin etiraf kimi danışdığı yerlərdə 57 cəsəd tapılıb. Onun ümumilikdə 300-dən çox qətl törətdiyi təxmin edilir.

1981-ci ilin iyulunda 57 uşağın ölümündə günahkar bilinib.

 

Ekvador qanunları maksimum 16 il həbs cəzası nəzərdə tuturdu. Nümunəvi davranışına görə 1994-cü ildə həbsdən buraxılmasına icazə verilib. Kolumbiyaya göndərilən Lopezin yenidən mühakimə olunması istənilsə də, səlahiyyətlilər onu psixi vəziyyətinin qeyri-sabit olduğu səbəbilə klinikaya yerləşdiriblər.


Ölənlərin ailələri Lopezi öldürən şəxsə 250 min dollar mükafat təklif edəcəklərini açıqlayıblar.

Ancaq 1998-ci ildə xəstəxanadan çıxdıqdan sonra Andes canavarı kimi tanınan serialı qatildən bir daha heç vaxt xəbər alınmayıb. Bu günə qədər də onun izi-tozu, haqqında tək bir məlumat yoxdur.

 

 

Aysel

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...