Sarıbaş kəndinə gediş-gəliş bərpa olundu

Sarıbaş kəndinə gediş-gəliş bərpa olundu

Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib.

 

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.

 

Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə gedən 7 km-lik məsafə qardan təmizlənib və gediş-gəliş bərpa edilib.

 

Qeyd edək ki, həmin kəndə gedən yol güclü qar səbəbindən bağlanmışdı.

 

Hazırda Sarıbaşda qarın qalınlığı 45 sm-ə çatır. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR