36 nəfəri yandıran adama ölüm hökmü verildi
Yaponiyada binanı yandıran şəxsə ölüm hökmü verilib.
Sferaz.az xəbər verir ki, 45 yaşlı Yaponiya sakini Şinji Aoba Kyotoda animasiya studiyasını yandırmaqla, 36 nəfəri öldürüb, onlarla insanı yaralayıb.
Günahkar əsərinin oğurlandığına inandığı üçün animasiya studiyasının binasını yandırmaq qərarına gəlib.
Prokurorlar Aobanın studiyaya hücum etmək üçün motivi olduğunu iddia edərək, ölüm cəzası tələb ediblər. Aoba “Kyoto Animation” a təqdim etdiyi romanın oğurlandığına inanırdı. Bununla əlaqədar o, 2019-cu ilin iyul ayında iş vaxtı studiyaya daxil olaraq birinci mərtəbəyə benzin tökərək binanı yandırıb.
Aobanın özünün də yanğında bədəninin 90%-dən çoxu yanıb. Sonralar o etiraf edib ki, bu hərəkətinin çoxlu insanın ölümünə səbəb olacağını qabaqcadan düşünməyib. Təqsirləndirilən şəxsin vəkilləri onun psixi pozuntuya görə anlaqlı olmadığı və hərəkətlərinin nəticələrini düşünə bilmədiyini əsaslandırıblar. Adamın halüsinasiyalar gördüyünü desələr də, məhkəmə bütün bu arqumentləri rədd edib.
Shinji Aoba studiyanı yandırmaqda özünü təqsirli bilərək, günahını etiraf edib.
Qeyd edək ki, Yaponiyada ölüm hökmü adətən birdən çox adamın öldürülməsi və ya xüsusilə ağır cinayətlərin törədilməsi hallarında tətbiq edilir.
Aysel
Sfera.az