AFFA hakimləri təhqir edənləri cəzalandırdı

AFFA hakimləri təhqir edənləri cəzalandırdı

AFFA Region Liqasında hakimləri təhqir edən şəxslər İntizam Komitəsi tərəfindən cəzalandırılıblar.

 

Sfera.az xəbər verir ki, “Ərgünəş” (Füzuli) - “Mil” (Beyləqan) qarşılaşmasının 35-ci dəqiqəsində hakimi təhqir edən meydan sahiblərinin rəsmisi Atəm Ağayev 5 oyun cəzalanıb.

 

“Araz” (İmişli) - “Ümid” (Saatlı) oyununda qonaqların futbolçusu Nurlan İsayev təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 matçlıq cəza alıb. “Hacıqabul” - “Olimpiya” (Ağcabədi) görüşündə qonaqların baş məşqçisi Namiq Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

“Veteran Tankçılar” (Gəncə) - “Bərdə” matçında meydan sahibləri əvəzetmə limitini pozublar - buna görə gəncəlilərə xəbərdarlıq edilib.


OXŞAR XƏBƏRLƏR