Azarkeşlərdən Beşiktaş prezidentinə: "Transferlərin hanı?"
İdman
17:57 / 25.01.2024
10969
Bu mövsüm Super Liqada qeyri-stabil çıxış edən "Beşiktaş" klubu son iki matçda da qol vura bilməyib.
Sfera.az xəbər verir ki, baş məşqçi Fernando Santos transferin həyata keçirilməli olduğunu deyib.
Nəticə etibarilə, klub müdafiəni yaxşılaşdırmaq üçün “Xetafe”nin oyunçusu Dominqos Duarte ilə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçunun bazar dəyəri isə 3 milyon avrodur.
Qeyd edək ki, "Beşiktaş" azarkeşləri prezident Hasan Aratı tənqid atəşinə tutub. Belə ki, son oyunlarda onlar “Hasan Aratın transferi hanı?” şüarlarını səsləndiriblər.
Fatimə Lətif