"Liverpul" və "Mançester Siti" onu heyətinə qatmaq istəyir - FOTO
İdman
17:35 / 25.01.2024
13087
İngiltərənin "Liverpul" və "Mançester Siti" klubları "Bavariya" və Almaniya millisinin müdafiəçisi Coşua Kimmixlə maraqlanır.
Sfera.az bildirir ki, bu barədə insayder Kristian Falk “X” sosial şəbəkəsində məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl 28 yaşlı futbolçunun “Barselona”sının diqqətini çəkdiyi bildirilirdi. Kimmixin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Coşuanın hazırki bazar dəyəri isə 75 milyon avrodur.
Bu mövsüm futbolçu Almaniya çempionatında 14 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Fatimə Lətif