“Fransız deputatlar erməni maliyyəsi ilə işləyir” - AÇIQLAMA 

“Fransız deputatlar erməni maliyyəsi ilə işləyir” - AÇIQLAMA 

Fransa yalnız Makrondan və onun kimilərdən ibarət deyil. Fransa Senatının, ümumilikdə bu ölkənin rəsmilərinin anti-Azərbaycan mövqeyi anlaşılan deyil. Artıq müharibə bitib, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr gedir. Bir sözlə regionda uzunmüddətli sabitliyi təmin etmək üçün şəraitin yetişdiyi məqamda, Fransa rəsmiləri yaxalarını cıraraq münaqişəni yenidən alovlandırmağa çalışır.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib. Onun sözlərinə görə, adıçəkilən ölkədə erməni lobbisi, diasporu çox güclüdür:

 

“Həmin qüvvələrin maliyyəsi ilə işləyən fransız deputatlar və dövlət rəsmiləri var. Amma, bütün bunlar Fransanın anti-Azərbaycan mövqeyində olmasına əsas ola bilməz. Digər tərəfdən ermənipərəst xarakterlə Cənubi Qafqazda uğur qazanmaq mümkün deyil. Geosiyasi proseslər dəyişdikcə Fransanın mahiyyəti ortalığa çıxır. Əslində, belə ziddiyyətli siyasət, çağdaş dünyanın hüquq sistemini zədələyir. Prezident Makron Fransanın xarici siyasət strategiyasını çökdürməkdə davam edir”.

 

Əkrəm Baydəmirli bildirib ki, Fransanın da hadisələri düzgün dəyərləndirən siyasi elitası mövcuddur. “Görünür, onlarla işləmək, əsl reallığı geniş auditoriyalara çatdırmaq zərurəti yaranıb. Reallıq onu göstərir ki, sərt bəyanatlar lazımdır. Amma bu bəyanatlar yetərli deyil. Deməli, problemlərin çözülməsi üçün həm Fransada beynəlxalq münasibətləri düzgün dəyərləndirən siyasi elita ilə, həm də Avropa Şurası Parlament Assambleyasının bir sıra ölkələrdən olan nümayəndələri ilə intensiv danışıqlar aparmaq vacibdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...