Türkiyədə illik inflyasiyanın nə qədər olacağı AÇIQLANDI

Türkiyədə illik inflyasiyanın nə qədər olacağı AÇIQLANDI

Türkiyəli istehlakçılar illik inflyasiyanı 96 faiz səviyyəsində qiymətləndiriblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Bürosu (TÜİK) məlumat yayıb. 

 

Bu dəyər istehlak qiymətlərinin artımı ilə bağlı rəsmi məlumatlardan 1,5 dəfə yüksəkdir. Eyni zamanda, bir qrup müstəqil iqtisadçı Türkiyədə inflyasiyanın daha da yüksək olacağını, 127,21 faiz olduğunu təxmin edir.

 

TÜİK məlumatı vətəndaşlardan son bir ildə malların qiymətlərinin nə qədər artdığını təxmin etmələri istəndiyi sorğu nəticəsində əldə etdiyini bildirib. Öz növbəsində, rəsmi məlumatlar Türkiyənin bütün 81 vilayətində beynəlxalq səviyyədə müəyyən edilmiş standartlara uyğun olaraq aylıq hesablanır.

 

Agentlik izah edib ki, inflyasiya ilə bağlı istehlakçı təxminləri və rəsmi məlumatlar təkcə Türkiyədə fərqli deyil. 

 

“Aİ ölkələrində bu göstəricilər 5-6 dəfə fərqlənə bilər, bizdə isə bu fərq xeyli azdır”, - TÜİK vurğulayıb.

 

Frans-Press  (AFP) isə xəbər yayıb ki, Türkiyədə illik inflyasiya dekabrda demək olar ki, 65 faizə çatıb, 2024-cü ilin mayında isə 70-75 faizə çata bilər. Eyni zamanda, ölkənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək bildirib ki, bu il hakimiyyət inflyasiyanın səviyyəsini təxminən yarıya qədər, yəni 34 faizə endirmək niyyətindədir. Öz növbəsində, Türkiyə Mərkəzi Bankı inflyasiyanın 2024-cü ildə 33 faizə, 2025-ci ildə isə 15 faizə düşəcəyini gözləyir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...