"Fənərbağça"dan yeni "transfer bombası": Benzema gəlir?

Superliqanın 22-ci həftəsində "Başakşehir"i darmadağın edən "Fənərbağça"da bütün gözlər transferlərə çevrilib.


Sfera.az Türkiyə mediasının yazdığına istinadən xəbər verir ki, rəhbərlik transfer dövrünün sonuna qədər daha bir futbolçunu rənglərinə qatacaq. 

 

Klubun "Əl-İttihad"da çıxış edən Kərim Benzemanı gündəmə gətirdiyi iddia edilib.

 

Belə ki, Benzema “Əl-İttihad”dan ayrılacağını qeyd edib və Türkiyə Liqasını variantları sırasına daxil etdiyini açıqlayıb.


"Fənərbağça" ilə Benzama arasında hazırda maliyyə məsələlərinin müzakirə olunduğu bildirilir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR