"Cənubi Qafqazda açar ölkə Azərbaycandır, AŞPA bu qərarla Aİ-nin ayağına atəş açdı" - ŞƏRH

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul etməsi müzakirələrə səbəb olub. AŞPA-nın qətnaməsi, sözsüz, qərəzlidir, ancaq müzakirə yaradan əsas səbəblərdən biri də Azərbaycanın əleyhinə səs verən ölkələrdir.

Maraqlıdır ki, əleyhimizə səs verən dövlətlər sırasında Britaniya, İtaliya, Moldova, Serbiya kimi münasibətlərimizin yaxşı olduğu ölkələr də yer alıb. Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib.

 

AŞPA ilə əməkdaşlığın dayandırılmasının hansı təsirləri ola bilər? Sözügedən ölkələrin mövqeləri necə dəyərləndirilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, qeyd olunan ölkələr içərisində siyasi qüvvələr yekcins deyil:

 

“Məsələn, Britaniya parlamentariləri arasında Azərbaycanın lehinə səs verənlər də olub. Orada birmənalı olaraq, Azərbaycanın mövqelərini müdafiə edən, nə qədər strateji vacib ölkə olduğunu bildirən çıxışlar da oldu və bunu edənlər britaniyalı deputatları idi. Eyni zamanda digər ölkələrlə bağlı məsələ də belədir. Məsələn, İtaliya Azərbaycanla normal dostluq münasibətində olan ölkədir. Onun enerji təchizatı – istər qaz, istərsə də gələcəkdə “yaşıl enerji” kontekstində-  Azərbaycan tərəfindən təmin edilir. Lakin İtaliyada da ümumavropa, xristian maraqları ilə hərəkət edən müxalif qüvvələr mövcuddur. Eyni şey Moldovaya da aiddir. Doğrudur, Azərbaycan hər zaman Moldovanın ən çətin anlarında yardım əlini uzadıb.  Digər tərəfdən, bu gün sözügedən ölkənin vəziyyəti daha həssasdır. Çünki Avropa Birliyi bu ölkəyə namizədlik statusu verib və perspektivdə bu, müzakirə predmetidir. Avropanın Fransa kimi aparıcı ölkələrindən müəyyən mənada asılı vəziyyətdə olan dövlətlər var. Bu baxımdan daha çox Fransanın istəkləri yönündə Moldovanın səs verdiyini düşünmək mümkündür”.

 

Politoloq bildirib ki, AŞPA lazımsız, ATƏT kimi “dişsiz” təşkilatdır:

 

“Burada qəbul olunan qərarların heç bir məcburi xarakteri yoxdur, təsir imkanları sıfıra bərabərdir. Xüsusilə, AŞPA son illərdə ən çox korrupsiyalaşmış və konkret qlobal biznes şəbəkələrinin maraqlarını təmin edən quruma çevrilib. Öz qayələri və təməl prinsiplərinə zidd olaraq bəzən bu cür qeyri-humanitar, ədalətsiz qərarlar qəbul edə bilirlər. Bu yanaşma əslində Azərbaycandan daha çox Avropa məkanı üçün böyük problemlər yaradır. Avropa Birliyinin Cənubi Qafqazda ciddi strateji, geosiyasi maraqları var, açar ölkə isə Azərbaycandır. Bizimlə razılaşdırılmadan regionu bütövlükdə ram etmək, təsir dairəsinə salmaq mümkün deyil. AŞPA-da qəbul olunan qərar dolaysıyla öz ayaqlarına açılan atəşdir”.

 

Müsahibimiz qeyd edib ki, AŞPA ilə əməkdaşlıq etmək Azərbaycan üçün strateji xarakter daşımır:

 

“1991-ci ildə bu məsələ gündəmə gələndə Azərbaycan AŞPA-ya torpaqlarımız işğal altında olduğuna görə üzv oldu. Biz perspektivdə bütün beynəlxalq qurumlarda iştirak etməklə təcavüzkarı cəzalandırmaq və işğal altında olan torpaqları azad etməyə ümid edirdik. Bu, özünü doğrulmadı.  Avropa Şurası 30 il ərzində bircə dəfə də olsa,  təcavüzkar Ermənistanın səsvermə hüququnu əlindən almadı, heç bir məhdudiyyət, cəzalandırıcı qərarlar belə qəbul etmədi. Bu, ikili standartın, riyakarlığın bariz nümunəsidir. Fikrimcə, Azərbaycanla bağlı elə bir böyük problem mövcud deyil. Təkcə AŞPA ilə deyil, Avropa Birliyində mövcud olan əksər Avropa strukturları ilə də əməkdaşlığımızı dayandırmalıyıq. Son zamanlar Fransanın təşəbbüsü ilə geosiyasi maraqları kontekstində Avropa Siyasi Birliyi yaranıb. Azərbaycan bu təşkilatın sammitlərində iştirak etdi. Bizə Fransaya hansısa üstünlük qazandırmaq lazımdırmı? Azərbaycan AŞPA-dan sonra Avropa Siyasi Birliyi ilə də əməkdaşlığı dayandırmalıdır. Çünki bu birlik Fransanın layihəsidir. Biz Qarabağ kimi ən böyük yaramızı sağaltmışıq. Bu cür yönsüz təşkilatların hamısı ilə əməkdaşlığa son qoyulmalıdır. Bu, Avropaya ən böyük zərbə və təzyiq olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər bu tarixdə veriləcək - RƏSMİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...

Bu ölkədə meymunçiçəyinin yeni növü AŞKARLANDI

Hindistanda meymunçiçəyinin yeni növü aşkarlanıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Clade 1b” adlanan bu yeni variant&...