Lavrovdan qəzəbli Qarabağ açıqlaması – “Sülhməramlıların qalma müddəti…”

Lavrovdan qəzəbli Qarabağ açıqlaması – “Sülhməramlıların qalma müddəti…”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda keçirilən mətbuat konfransında rus sülhməramlıları ilə bağlı məsələyə də toxunub. O, sülhməramlıların Qarabağda qalmasının Ermənistana aidiyyəti olmadığını, bunun Moskva ilə Bakı arasında müzakirə edildiyini vurğulayıb.

 

“Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada sülhməramlılarımız var, amma bu məsələ artıq Ermənistana yox, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid məsələdir”, – Lavrov deyib.

 

Rusiya XİN rəhbərinin bu açıqlaması Azərbaycanın maraqlarına uyğun görünsə də, təcrübəli qurd diplomat Ermənistana sətiraltı mesaj verməyi yenə bacarıb.

Lavrovun “Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb” cümləsində “hər kəs” sözü diqqət çəkir. O, belə deyərək topu Ermənistanın üzərinə atır. Yəni Qarabağı hər kəs, o cümlədən Ermənistan da Azərbaycan ərazisi kimi tanıyıb. Bu əslində Rusiyanın sözügedən məsələdə rəsmi İrəvana nə qədər qəzəbli olduğunu göstərir. Çünki prosesin bu həddə gəlib çatması Rusiyanın planları əsasında baş tutmayıb. Kreml ən yaxşı halda keçmiş status-kvonun saxlanılması şərtilə münaqişənin davamlı olmasını, beləliklə Cənubi Qafqazdakı gücünü qorumaq istəyirdi.

 

Lavrov Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyəti olmadığını deyərkən İrəvanın söz haqqını itirdiyi mesajını verir.

 

Prinsip etibarilə Kreml Qarabağ məsələsində məğlub olsa da, “sülhməramlılar kartı”nı əlində saxlamaqda maraqlıdır. Moskva bu məsələdə Bakı ilə uzlaşa biləcəyini düşünür. Lakin Azərbaycan sülhməramlıların səlahiyyət müddətinin uzadılmasında maraqlı deyil. Məsələ ondadır ki, sülhməramlıların Azərbaycanda qalması üçün səbəb yoxdur. Hazırda sülhməramlılar sadəcə minatəmizləmə işinə dəstək verir.

 

Nəticə etibarilə fors-major hal yaşanmasa, sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəcəklər.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...