"Böyrək və qaraciyər xəstəlikləri..." - Bədənimizdən gələn pis qoxunun səbəbi nədir?

Bədənimizdən gələn bəzi qoxular daxili xəstəliklərimizdən xəbər verir. Bir çox insan pis qoxunun səbəbini natəmizlik hesab edir. 

 

Bəs pis qoxular hansı xəstəliklərdən xəbər verir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Nəsibə Abbasova bildirib ki, adi qoxu birdən-birdən kəskin qoxuya çevrilərsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir.

 

“Bu cür siqnalları gözardı etmək olmaz. Əgər insandan turş qoxu gələrsə bu, həmişə xəstəlik əlaməti deyil. Bol ədviyyatlı yemək yedikdən sonra da bu qoxu müşahidə edilə bilər. Bəzən isə bu qoxu tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmə trieot hormonlarının sintezi artır və tər hüceyrələri aktivləşir”.

 

N. Abbasova qeyd edib ki, sidik qoxusu isə tərdəki amonyak qatılığının artması ilə ortaya çıxan xüsusi qoxudur.

 

“Bu qoxu böyrək və qaraciyər xəstəliklərindən xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə bu zaman bədən, toksinləri tərlə çıxarmağa başlayır. Əgər ağızdan amonyak iyi gəlməyə başlayıbsa, bu, mədə xorası yaradan helicobacter pyloridən xəbər verir. Sirkə qoxusu isə bədəndə yağların parçalanması nəticəsində meydana gəlir. Sirkə qoxusu diabet xəstəliyinin də əlaməti ola bilər. Mədə altı vəzi insulin istehsal etmədiyi üçün beyində qlükoza çatışmır və o yağları parçalamaq üçün siqnallar göndərir. Balıq qoxusu da genetik xəstəliklərin göstəricisidir. Bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya ola bilər. Bu qoxu əsasən cinsi orqanlarda meydana gəlir”.

 

Həkim son olaraq əlavə edib ki, qoxulara biganə yanaşmaq olmaz. “Hər bir qoxunun səbəbini araşdırmaq və mütləq həkimə müraciət etmək lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...