"Ukraynaya bir dollar da verilməyəcək" - ABŞ Konqresindən SƏRT BƏYANAT

"Ukrayna artıq ABŞ-dən pul almayacaq, çünki ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkənin daxili problemlərini həll edə bilmir".


Sfera.az xəbər verir ki, bunu "Welt"ə müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Çip Roy deyib.

 

“Co Bayden administrasiyası qaçqın axınının qarşısını almaq və ABŞ sərhədini qorumaq üçün hər şeyi etməyənə qədər, Kiyevə bir dollar da verilməyəcək”, - konqresmen bildirib.

 

Roy əlavə edib ki, sərhəd təhlükəsizliyi məsələsi ABŞ üçün prioritet olmalıdır və yalnız bundan sonra beynəlxalq məsələlərə diqqət yetirilməlidir. Onun fikrincə, bir çox amerikalı Ukraynaya dəstəkdən hiddətlənir və yardımın məqsədini başa düşmür.

 

Konnektikut ştatını təmsil edən senator Kris Merfi isə bir müddət əvvəl bildirmişdi ki, ABŞ Konqresinə əlavə maliyyənin, o cümlədən Ukraynaya yardımın təsdiqlənməsi üçün daha çox vaxt lazım ola bilər.

 

Xatırladaq ki, ötən il dekabrın 27-də Pentaqon Ukrayna üçün 250 milyon dollarlıq yeni təhlükəsizlik yardım paketi elan edib ki, bu paketə yer-hava raket sistemləri, artilleriya mərmiləri və daha çox hava hücumundan müdafiə komponentləri üçün əlavə sursatlar daxildir. Pentaqonun Ukraynaya hərbi yardım göstərmək üçün hələ də 4 milyard dollar vəsaiti var, lakin ABŞ ordusunun ehtiyatlarını artırmaq üçün heç bir vəsait yoxdur.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...