Bakıda AĞIR QƏZA: 1 ölü, 4 yaralı

Bakıda AĞIR QƏZA: 1 ölü, 4 yaralı

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində baş verib. 52 yaşlı Məmmədov Eldəniz Yaqub oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı  avtomobillə Qala avtomobil yolunun kənarında dayanmış 53 yaşlı Qarayev Asif  Bəhram oğlunun idarə etdiyi “Mersedes Vito” markalı maşını vurub.

 

Nəticədə “Mersedes Vito” markalı maşında olan sərnişin 46 yaşlı Rüstəmov Rüstəm Vəzir oğlu hadisə yerində vəfat edib. 30 yaşlı Məmmədov Əbdül Mustafa oğlu, 56 yaşlı Vəliyeva Elmira Ələkbər qızı,  Məmmədov Eldəniz Yaqub oğlu və İmanova Əfsanə Qocəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Fakta bağlı cinayət işi başlanılaraq istintaq aparılır. (Lent.az)


OXŞAR XƏBƏRLƏR