İraq hökuməti ABŞ qoşunlarını ölkədən ÇIXARACAQ

İraq hökuməti ABŞ qoşunlarını ölkədən ÇIXARACAQ

"ABŞ və İraq qoşunların çıxarılması ilə bağlı danışıqlara başlayacaq".

 

Sfera.az xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani deyib.

 

O, beynəlxalq koalisiyanın İraq torpaqlarında mövcudluğu üçün əsasların tükəndiyini bildirib:

 

“Bağdad ölkədə xarici hərbi mövcudluğa son qoymaq üçün konkret tədbirlər görməyə hazırdır”.

 

O, həmçinin qeyd edib ki, İraq hökuməti xarici qoşunların çıxarılması məsələsini həll etmək üçün yaradılmış ikitərəfli komissiya çərçivəsində danışıqların başlama tarixini müəyyən etmək mərhələsindədir.

 

Bəyanat ABŞ-nin pilotsuz təyyarəsinin Bağdada endirdiyi zərbələr zamanı “Hərəkat ən-Nucaba” hərəkatının lideri Əbu Təqvanın öldürülməsi ilə bağlı xəbərlərdən sonra verilib.

 

Müdafiə Nazirliyinin sözçüsü Pat Rayder İraq hökumətinin məsələ ilə bağlı verdiyi hər hansı sorğudan xəbərsiz olduğunu qeyd edib. O əlavə edib ki, ABŞ qüvvələri İraqın qanuni hökumətinin tələbi ilə ölkədə qalır.

 

Xatırladaq ki, Pentaqon yanvarın 8-də qoşunlarını İraqdan çıxarmağı planlaşdırmadığını bildirib. Qeyd edilib ki, hazırda 2500-ə yaxın ABŞ hərbçisi İraqdakı müxtəlif bazalarda yerləşdirilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...