İrəvanın MÜƏMMALI ADDIMLARI: “Bu saziş region üçün təhlükə yaradır” 

İrəvanın MÜƏMMALI ADDIMLARI: “Bu saziş region üçün təhlükə yaradır” 

Ötən günlərdə Ermənistan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb. Bu, hər iki ölkədə bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Astananın İrəvanla hərbi əməkdaşlığının region üçün müəyyən riski var:

 

“Həmçinin bu, Azərbaycan-Qazaxıstan münasibətlərində müəyyən dərəcədə suallara gətirib çıxara bilər. Düzdür, Qarabağ münaqişəsi həll edilib, amma Ermənistanla sülh müqaviləsi hələ bağlanmayıb. Astana münaqişə həll edildiyinə görə, Ermənistanla hərbi əməkdaşlıqda problem görməyə bilər. Lakin regionda situasiyanın dəyişmə ehtimalı da nəzərə alınmalıdır. Rəsmi Bakı Astanaya bununla bağlı öz mövqeyini çatdırmalıdır”.

 

Ekspert bildirib ki, Qazaxıstanın Ermənistanla hərbi əməkdaşlığına ehtiyac yoxdur:

 

Sadəcə Ermənistan Azərbaycanın müttəfiqləri ilə əlaqələrini inkişaf etdirməyə çalışır. İki ölkə arasında sülh müqaviləsinin imzalanmadığını nəzərə alaraq, Azərbaycan Qazaxıstana diplomatik nəzakətlə öz mövqeyini çatdırmalıdır. Burada Qazaxıstanın deyil, Ermənistanın qazancı aydın görünür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...