Məşhur təyyarə qəzasında sağ qalan sərnişinin Şok Etirafları film mövzusu oldu - Dəhşətli hadisələr

Məşhur təyyarə qəzasında sağ qalan sərnişinin Şok Etirafları film mövzusu oldu - Dəhşətli hadisələr

“Netflix”in "Qar qardaşlığı" filmi əsl təyyarə qəzasından sağ çıxanların hekayəsindən bəhs edir. Bu qəzadan sağ çıxan 16 nəfər ölən sərnişinlərin cəsədlərini yemək məcburiyyətində qalaraq, sağ qalmağa çalışır. Qəzadan sağ çıxan şəxslərdən biri isə bildirib ki, əsl qorxulu şey adamyeyənlik deyildi.
 

Sfera.az bildirir ki, “Netflix”in bu yaxınlarda təqdim etdiyi "Qar qardaşlığı” filmi 1972-ci ildə Cənubi Amerikanın səhrasında baş vermiş faciəvi təyyarə qəzasından bəhs edir.


Bu təyyarə qəzasında Uruqvaydan olan həvəskar reqbi komandası da daxil olmaqla, göyərtəsində 45 nəfər olub.


Qəzadan sağ çıxan 16 nəfər sağ qalmaq üçün ölən sərnişinlərin cəsədlərini yemək məcburiyyətində qalıb.


Qəzadan sağ çıxanlardan biri Roberto Kanessa o zaman 19 yaşlı tibb tələbəsi olub.


Kanessa keçən cümə günü İngiltərədə "Sabahınız xeyir" proqramında da bildirib ki, kannibalizm onların qarşılaşdığı çətinliklərinin ən kiçik bir hissəsidir.


Dörd gün qarda basdırılmış vəziyyətdə qaldıqlarını deyən Kanessanın dediyinə görə, əsl qorxulusu qar uçqunu olub.


İndi ixtisasca uşaq kardioloqu olan Kanessa bu təcrübənin ona həyatın çətinliklərinin öhdəsindən gəlməyi öyrətdiyini bildirib.


Qeyd edək ki, bu məşum qəza sözügedən filmdən əvvəl də bir çox film, sənədli filmlər və kitablara mövzu olmuşdu.


Qəzadan sağ çıxan digər Nando Parrado “The Guardian”a bildirib ki, qəza nəticəsində 3 gün huşsuz qalıb, ailə üzvlərindən ikisi ölüb, bacısı isə ağır yaralanıb.




Parrado bacısının yanında qaldığını və qarı ağzı ilə əridib ona su verdiyini deyib.


Parradonun bacısı təəssüf ki, səkkiz gün sonra ölüb. Sağ qalanlar 22 dekabr 1972-ci ildə xilas edilib.


Kanessa qeyd edib ki, “Qar qardaşlığı” filminin bu təcrübəni təsvir etməsi hər kəs kimi onları da yenidən təsirləndirib. Film tamaşaçılara 50 il əvvəlki bu faciəli səyahət haqqında yeni məlumatlar əldə etməyə kömək edir.


Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...