Qəzetdə elan yazmaq, gəlinsiz mərasim, bələdiyyədə qeyd... - Ölkələrin fərqli toy qaydaları

Qəzetdə elan yazmaq, gəlinsiz mərasim, bələdiyyədə qeyd... - Ölkələrin fərqli toy qaydaları

Son illərdə xarici ölkə vətəndaşları ilə evlənmək bir növ, dəb halını alıb. Lakin gedəcəyiniz ölkədə evlilik qanunlarını bilmirsinizsə, ən xoşbəxt gününüz kabusa çevrilə bilər.

 

Sfera.az dünyanın müxtəlif ölkələrində toy qayda-qanunları ilə bağlı yazını təqdim edir:


ABŞ


 

ABŞ-nin Montana ştatında bəylə gəlinin toya getməsi tələb olunmur. Cütlüyün seçdiyi nümayəndə hər ikisinin adından bütün rəsmi əməliyyatları idarə edə bilər. Toy stresi yaşamaq istəməyən cütlüklər, rəsmi işləri görülərkən artıq başladıqları bal ayı tətillərinin dadını çıxara bilərlər.


Fransa

 

 

Bu romantik ölkədə ailə qurmağı planlaşdıranlar “40 günlük qayda”ya əməl etməlidir. Tərəfdaşlardan biri evlənmədən əvvəl ən azı 40 gün Fransa sərhədləri daxilində qalmalıdır.


Monako



Bu gözəl ölkədə bir-birinə əbədi olaraq “bəli” demək istəyən cütlüklər “Monako Şəhər Bələdiyyəsi” binasının divarına evlənmək istədiklərini bildirən qeyd asmalı olurlar. 10 gün orada asılı olan qeydi görmədən heç kim səninlə evlənə bilməz.
 

Yunanıstan
 

Bu ölkədə ailə qurmaq istəyənlər əvvəlcə qəzetdə ailə qurmaq istədiyini bildirən elan verməlidirlər.

 



ABŞ-Kentukki


 

Burada isə bir qadın eyni şəxslə 4 dəfədən çox evlənə bilməz.
 

ABŞ-Cənubi Karolina


Cənubi Karolinada bəy namizəd gəlinin ailəsinə özünü sübut etmək üçün 6 quş və ya 3 inək kəsməlidir.


ABŞ-Arkanzas
 

Arkanzas ştatında ikinci dəfə ailə quran qadınlar gəlinlik geyinə bilməzlər.

 

ABŞ-Massaçusets


Burada isə yaşı 16-dan yuxarı olan gənc oğlanların sevgililərinə evlilik təklifi etməsi qanunidir. Amma 16 yaşlı bir bəy evlənməkdən imtina edərsə, o zaman cəzalandırıla bilər.


İnci


OXŞAR XƏBƏRLƏR