"Futbolçuları günahı olmayan işə görə cəzalandırmaq səhvdir" - UEFA prezidenti

UEFA prezidenti Aleksander Ceferin Rusiyanın gənclərdən ibarət komandalarına qarşı sanksiyaları yumşaltmaq niyyətindədir.


Ceferson hesab edir ki, uşaqları onların günahı olmayan bir şeyə görə cəzalandırmaq lazım deyil, ona görə də gənclərdən ibarət komandalarına qoyulan məhdudiyyətlər yumşaldılmalıdır.
 

Sfera.az bildirir ki, Aleksander Ceferin UEFA-nın Ukrayna ərazisinin işğalı ilə bağlı Rusiyaya qoyduğu qadağanın gələcəkdə də qüvvədə qalacağını qeyd edib. Bu, milli komandalara və klublara şamil olunacaq.
 

Eyni zamanda, Aleksander Ceferin gənclər komandaları üçün qadağanı yumşaltmaq arzusunu ifadə edib. Ötən il bunu etmək planları dünya ictimaiyyətinin mənfi reaksiyası ilə pozulmuşdu. Onun sözlərinə görə, yeni təşəbbüs rus uşaqlarının Qərbə nifrət etməməsi və onların beyinlərini yumaqdan qaçmaq cəhdidir.


Rusiyanın futbola qayıtması - UEFA qərarı
 

Qeyd edək ki, UEFA 2023-cü ilin payızında Rusiyanın beynəlxalq futbola qayıtması planından imtina edib. Qapalı iclasda iştirak edən UEFA-nın 5 vitse-prezidentindən 3-ü Rusiyanın gənclərdən ibarət komandalarını hələlik beynəlxalq turnirlərə buraxmamaq tərəfdarı olub.
 

UEFA-nın baş vitse-prezidenti Karl-Erik Nilsen isə Rusiyanın beynəlxalq turnirlərə qayıtmasına səs verdikdən sonra İsveç Futbol Assosiasiyasının rəhbəri vəzifəsini itirib. Yerli futbol rəsmiləri Rusiya komandalarının geri qayıtmasına qarşı çıxıblar.
 

Xatırladaq ki, 2023-cü ilin dekabrında UEFA Rusiya millisini 2024/25 Millətlər Liqasından kənarlaşdırıb. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Belarus millisi Millətlər Liqasında iştirak edəcək. Belarus millisinin ev matçları neytral meydançada keçiriləcək.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR