Qalmaqallı şoudan sonra Filipp Kirkorov ABŞ-a getdi - FOTO

Qalmaqallı şoudan sonra Filipp Kirkorov ABŞ-a getdi - FOTO

Xəbər verdiyimiz kimi, blogger və teleaparıcı Nastya İvleevanın təşkil etdiyi qalmaqallı “çılpaq gecənin” iştirakçılarından biri də Filipp Kirkorov olub. Şou Rusiya cəmiyyətində böyük rezonans doğurub və onun iştirakçıları kamera qarşısında üzr istəməli olublar. Bəzilərinə, o cümlədən İvleevaya qarşı vergidən yayınma ittihamı irəli sürülüb.


Sfera.az bildirir ki, İvleevanın şousundan sonra Filipp Kirkorov, bir çox digər qonaqlar kimi, problemlər yaşamağa başlayıb. Onun Yeni il çəkilişləri kəsilib və konsertlərdən kənarlaşdırılıb. Kirkorov da külli miqdarda cərimə ödəməli olub, bundan sonra Rusiya Federasiyasını tərk edib. İndi isə onu ABŞ-da görüblər.
 

Rusiyanın xalq artisti, müğənni Filipp Kirkorov təxminən 8 milyon rubl məbləğində vergi borcunda da ittiham olunub.
 

Kirkorovun Böyük Pyotr rolunu canlandırdığı "İvan Vasilyeviç hər şeyi dəyişdirir" serialında aktyor Nikita Koloqrivlə əvəzlənib, Yeni il çəkilişlərindən də tələsik şəkildə kəsilib. Daha sonra məlum olub ki, müğənni “Taleyin öz ironiyası” filmindən çıxarılıb, Yeni il konsertlərindən uzaqlaşdırılıb və “Qızıl qrammofon Sankt-Peterburq” şousunun iştirakçıları siyahısından çıxarılıb. Onun adı tədbirin anons səhifəsindən çıxarılıb, müğənninin üzü isə konsert afişasından silinib.
 

Bu həftə isə məlum olub ki, Alla Puqaçovanın keçmiş əri Rusiyanı tərk edib. Onu ABŞ-da görüblər. Müğənni pop-diva Madonnanın Nyu-Yorkda “Madison Square Garden”da baş tutan konsertinə qatılıb.

Onu Donetskdən olan dostu, gənc dizayner Maksim Sitnik müşayiət edib.
 

Xatırladaq ki, 2023-cü il dekabrın 20-dən 21-nə keçən gecə Moskvanın “Mutabor” gecə klubunda demək olar ki, tamamilə çılpaq geyim kodu ilə əyləncə gecəsi baş tutub. Tədbir ətrafında qalmaqal alovlanmağa başlayandan sonra müğənni Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova gecəyə təsadüfən gəldiyini deyib. Sonra üzrxahlıq videosunu yayımlayıb və şounun formatından xəbərsiz olduğunu deyib.


İctimaiyyətdən üzr istəməsinə baxmayaraq, şouda iştirak edən qonaqlar bir-bir “ələnməyə” başlanıb. Belə ki, cinsi orqanına corab geyindirərək, məclisin ulduzuna çevrilən rusiyalı reper Vacio yazda əsgərliyə göndəriləcək.
 

Nastya İvleevanın özünə qarşı rekord məbləğdə (1 milyard rubl) mənəvi zərərin ödənilməsi üçün iddia qaldırılıb. Qeyd edək ki, iddia prodüser Aleksandr İnşakovun rəhbərlik etdiyi təşəbbüs qrupu tərəfindən qaldırılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...