"Mançester Yunayted"də böyük itki: 10 həftə oynaya bilməyəcək

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial bir müddət matçlarda iştirak edə bilməyəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 

 

Məlumatda onun keçirdiyi əməliyyatdan sonra təxminən 10 həftə meydanlardan uzaq qalacağı bildirilib.


Qeyd edək ki, 28 yaşlı fransalı futbolçu bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 19 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR