"Mənə bütün mövzularda sual vermək olar, amma...” - Namiq Qaraçuxurlu

Maqazin
15:53 / 24.01.2024
7116
Meyxanaçı Namiq Qaraçuxurlu teleproqramlardan birində maraqlı açıqlama verib.
Sfera.az xəbəri verir ki, o pul üçün dəli olmadığını, sənətdən çox ailəsinə vaxt ayırmağa üstünlük verdiyini deyib.
"Bəziləri 3-4 gün pul qazanmayanda dəli olur. Mən o insanlardan deyiləm".
"Trend olan hadisələrdən qaçıram. Kimsə orada zirvə tapır, kimsə biabır olur. Trend həvəskarı olmaq qorxuludur”, - deyən meyxanaçı jurnalistlərlə münasibətlərindən də danışıb:
"Mənə bütün mövzularda sual vermək olar, amma cavab almaq yox. Şəxsi həyatdan başqa, xüsusi qadağam yoxdur. Hər mövzuda danışıram". (Lent.az)