Bakı metrosunda sərnişin ÖLDÜ
Hadisə
15:12 / 24.01.2024
6652
“Bakı Metropoliteni” QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib.
Sfera.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb.
Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.
Allah rəhmət eləsin!