Aparıcının anasını "öldürən" həkim danışdı: "Allahın işidir"

Aparıcının anasını

Tanınmış aparıcı Lətafət Ələkbərovanın "Anamı həkimlər öldürüb" iddiası dünəndən bəri müzakirə obyektinə çevrilib.

Aparıcının anası 14 noyabr tarixində gözündə mirvari suyu olduğu üçün əməliyyat olunub. Əməliyyat Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalında həkim Yaşar Nəzərov tərəfindən keçirilib. 

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının oftalmoloqu Yaşar Nəzərov aparıcının bu iddialarına big.az vasitəsilə cavab verib: 

"Əməliyyat 14 noyabrda keçirilib. Öncə Lətafət xanıma başsağlığı verirəm. Ancaq onun anasının əməliyyatı zamanı həkimlik bir problem olmayıb. 30 ildir ki, bu sahədə çalışıram, ancaq hələ belə bir hadisə ilə rastlaşmamışam. 15-20 dəqiqə əməliyyat keçdi, xanım özünü çox yaxşı hiss edirdi. Sadəcə, əməliyyatdan sonra vəziyyəti pisləşdi. Gətirdik palataya, soruşdum xala necəsən ... Allahın işidir, vallah mən nə deyim. Hər iki oğlunun icazəsi ilə əməliyyat olundu. Oğullarının razılıq ərizələri də bizdə var. Anlayıram, Lətafət xanım acı çəkir, anasını itirib. Amma həkimi günahlandırması əsassızdır. 55 yaşım var, iki gündür yatmıram. İlk dəfədir belə bir şey olub, mən də stress keçirtmişəm. Mən naşı həkim deyiləm. Naşılıq o olar ki, 1-2 il bu sahədə olan adam ilk dəfə nə isə əməliyyat etsin, əməliyyat zamanı da əlinin altında hansısa nöqsan ucbatından xəstə ölsün... Amma mən işimin peşəkarıyam". 

Qeyd edək ki, dünən L.Ələkbərova anasının ölümündə həkim Yaşar Nəzərovu günahlanıdırb: "Mən istəmirdim anam əməliyyat olunsun. Məndən gizlin gedib əməliyyat keçirtdi. Mən ona daha yaxşı həkim tapmışdım. Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalında gözündə mirvari suyu olduğu üçün əməliyyat olunub. Həkimlə də danışmışam. Dəqiq bilmirəm nədən rəhmətə gedib. İndi çox pisəm, anamı itirmişəm. Anamın qanında hepatit B çıxıb. Asması var idi, şəkər idi".


OXŞAR XƏBƏRLƏR