İl-76 təyyarəsi Ukrayna SQ tərəfindən vuruldu

İl-76 təyyarəsi Ukrayna SQ tərəfindən vuruldu

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib. (Report)

 

***

 

14:04

 

Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.

 

Sfera.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrdəki mənbələr bildirir.

 

Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.

 

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması barədə məlumat yayıb.

 

Məlumatda bildirilib ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub. (APA)


OXŞAR XƏBƏRLƏR