Rəisinin Türkiyəyə GÖZLƏNİLƏN SƏFƏRİ: Ərdoğana nələr deyəcək?

Rəisinin Türkiyəyə GÖZLƏNİLƏN SƏFƏRİ: Ərdoğana nələr deyəcək?

İran prezidenti İbrahim Rəisi bu gün Türkiyəyə gedəcək. Dövlət başçıları Qəzzada atəşkəsə nail olmaq və girovların azad edilməsi üçün atılacaq addımları müzakirə edəcəklər.

 

Bundan əvvəl, Rəisinin Ankaraya səfəri İranın Kirman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salınmışdı.

 

Maraqlıdır, uzun müddətdir gözlənilən səfərin nəticəsi necə olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İran və Türkiyə liderlərinin görüşünə mane olmaq istəyənlər var və bu, xüsusilə ABŞ ola bilər:

 

“Vaşinqton bütün imkanları ilə Tehranı idarə olunan vəziyyətə gətirmək istəyir. Bunun əsas səbəblərindən biri İranın nüvə silahı əldə etmək istiqamətində irəliləməsidir. Belə olan halda, Tehranla Ankara arasında əlaqələr Vaşinqtonun maraqlarına cavab vermir. Çünki ABŞ-lə Türkiyə arasında son vaxtlar ziddiyətlər olmasına baxmayaraq, hər iki dövlətin NATO üzvü olması reallıqdır. Üstəgəl, İranla Türkiyənin normal münasibətləri var. Hər iki dövlət eyni regionda yerləşir və müsəlman dövlətidir. Bu isə o deməkdir ki, Türkiyə gələcəkdə ABŞ-nin İranla bağlı planlarına mane ola bilər”.

 

Müsahibimiz bildirib ki, Rəisinin bu günkü səfərində əsas müzakirə mövzusu məhz Qəzzadakı mövcud vəziyyət olacaq:

 

“Onlar İsrailə qarşı mövqelərini açıq ifadə edəcəklər. Yəqin ki, hər iki lider, müharibənin ən yaxın vaxtda bitməsində maraqlı olduğunu deyəcək. Əlbəttə, liderlər həm də digər regional məsələlər barədə danışacaqlar. Həmçinin Cənubi Qafqazdakı son durumun, o cümlədən Azərbaycanla Ermənistan arasında normallaşma əlaqələrinin müzakirə olunması mümkündür. Düşünürəm ki, səfər konstruktiv mühitdə keçəcək və tərəflərin gələcək əməkdaşlığı üçün təkan olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...