Alkoqol aludəsini buna məcbur etmək olmaz: "100 qram araq belə..."

Alkoqol aludəsini buna məcbur etmək olmaz:

2023-cü ilin statistikasına əsasən, Azərbaycan alkoqolizmdən qeydə alınan ölümlərə görə 183 ölkə sırasında 53-cü yerdədir. Bu, sadəcə qeydə alınan göstəricidir.

 

Bəs insanları alkoqol aludəliyindən necə xilas etmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan narkoloq Asif Kəngərli bildirib ki, alkoqolizm ağır psixi xəstəlikdir. "Həmin xəstələrdə fiziki və psixi asılılıq olur. Bu şəxsləri birinci və ikinci mərhələdə evdə müalicə etmək olar. Alkoqol aludəsini müalicəyə məcbur etmək olmaz. Həkimlər adi geyimdə evlərə gedir və müalicə prosesində xəstənin daxili orqanları detoks olunaraq zəhərdən təmizlənir. Alkoqol aludəsi olanlar psixi asılılıqdan xilas olduqdan sonra psixoloqa müraciət etməlidir".

 

Həkim bildirib ki, xəstələrə əsasən içkidən iyrəndirən dərman verilməlidir. "İyrəndirici terapiyaya müalicənin 2-ci günü başlamaq lazımdır. Çünki xəstə tezliklə tarazlıqdan çıxa və yenidən içkiyə meyillənə bilər. Xəstə içkiyə meyilli olduqda içkinin miqdarına nəzarəti itirir. 100 qram araq belə beyində 1000 hüceyrəni öldürür".

 

Asif Kəngərli diqqətə çatdırıb ki, bəzi insanlar isə alkoqol aludəsi olan həyat yoldaşlarını, tanışlarını və qohumlarını müalicə etmək üçün həkimə müraciət etmirlər:

 

"İyrəndirici dərmanları aptekdən əldə edib gizli şəkildə həmin xəstələrin yeməyinə qatırlar. Belə olduqda həmin şəxs 30 qram spirtli içki içən kimi qızarır və qusma halları baş verir. Bu üsul isə müvəqqətidir. Bu halın üstü açıldıqda isə ailədaxili münaqişələr yaranır. Məhz bu baxımdan xəstə öz istəyi ilə müalicə olunmalıdır".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qardaş Türkiyə rəhbərliyini alqışlayırıq - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun &...

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan dövtlət ...

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...