Şanxay sahillərində 16 türkün olduğu gəmi BATDI

Dünya
11:38 / 24.01.2024
4123
İçərisində 16 türkün olduğu gəmi Şanxay sahillərində batıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsindən bildirilib.
Qeyd olunub ki, Şanxay sahillərində Marşal bayraqlı “Omeqa” gəmisi “Mirabella” adlı gəmi ilə toqquşub. Gəmidə 16-sı türk olan 21 dənizçi digər gəminin ekipajı tərəfindən xilas edilib. Dənizçilərin vəziyyətinin yaxşı olduğu qeyd edilir.
Hazırda onların təxliyəsi üzrə işlər aparılır. (Report)